Ru
11:57 / 16 Sentyabr 2026

Putinə məruzə edən general Ukraynada öldürüldü

Putinə məruzə edən general Ukraynada öldürüldü
Eye

Rusiya Silahlı Qüvvələrinin 4-cü əlahiddə motoatıcı briqadasının komandiri, general-mayor Anton Qrunis öldürülüb.


"Bakupost" xəbər verir ki, bu barədə “Anna Nyus” saytı briqadadakı mənbəyə istinadla məlumat yayıb.

Generalın dəqiq ölüm tarixi, yeri və hansı şəraitdə öldürülməsi barədə məlumat verilməyib.

Qeyd edək ki, Anton Qrunis Konstantinovkanın işğalı barədə Rusiya Prezidenti Vladimir Putinə məruzə etmişdi.

Avqustun 28-də Rusiya müdafiə naziri Andrey Belousov Qrunisi ölkənin ən ali dövlət mükafatı hesab olunan “Qızıl ulduz” medalı ilə təltif etmişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar