Ötən gün Ermənistan Baş naziri Nikol Paşinyanla Rusiya lideri Vladimir Putin arasında baş tutan telefon danışığı Ermənistanda 7 iyunda keçirilən parlament seçkilərindən sonra ilk danışıq idi.
"Bakupost" xəbər verir ki, telefon danışığı ilə bağlı həm Ermənistan hökuməti, həm də Kreml rəsmi açıqlama yayıb. Hər iki açıqlamada Putinin Paşinyanı qələbəsi münasibəti ilə təbrik etdiyi haqda heç bir söz yoxdur.
Ümumiyyətlə, seçkidən sonra Putin Paşinyana təbrik məktubu da göndərməmişdi.
“Bu, Putinin Paşinyanı parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik etmədiyinin növbəti sübutudur. Dövlətlərarası münasibətlər praktikasında bu cür səssizlik nadir hallarda təsadüfi olur və bir qayda olaraq siyasi mesaj daşıyır”, - erməni politoloq Suren Surenyants bu barədə bildirib.