Ru
21:18 / 16 Oktyabr 2025

Putinlə 2015 görüşündə Mahmudov, 2025 görüşündə Mehdiyev “getdi”...

Putinlə 2015 görüşündə Mahmudov, 2025 görüşündə Mehdiyev “getdi”...
Eye

Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevə qarşı son dərəcə ağır ittihamlarla - dövlətə xəyanət, hakimiyyətin zorla ələ keçirilməsi və qanunsuz əldə edilən sərvətin leqallaşdırılması - cinayət işinin açılması və onun ev həbsinə məhkum edilməsinin səbəbləri haqda bu gün yayılan informasiya şok effekti verdi.

Bakupost.az xəbər verir ki, mötəbər mənbəyə istinadla yayılan məlumatda Ramiz Mehdiyevin dövlət çevrilişi etmək üçün Rusiyadan yardım istədiyi haqda məlumatı Prezident İlham Əliyevə Rusiya Prezidenti Vladimir Putinin Düşənbə görüşündə verdiyi bildirilir.

Belə ki, İlham Əliyev MDB Dövlət Başçıları Şurasının sammitində iştirak etmək üçün 9-10 oktyabrda Tacikistanın paytaxtı Düşənbədə səfərdə idi və bu səfər çərçivəsində, 9 oktyabrda Rusiya prezidenti ilə təkbətək görüş keçirdi.

Bu görüş AZAL təyyarəsinin 2024-cü il 25 dekabrda Qroznı səmasında vurulmasından sonra keçən 9 ay müddətində pisləşən münasibətlərdən sonra ilk görüş idi. Belə görünür ki, Vladimir Putin ölkə daxilində bəzilərinin Rusiyanın dəstəyi ilə dövlət çevrilişi etmək istədiyini deməklə, faktiki olaraq İlham Əliyevə böyük simpatiyasını nümayiş etdirmək və ortadakı soyuqluğu aradan qaldırmaq yolunu tutur.

10 il öncəki mənzərəyə həddən artıq çox bənzəyir!

Yəni: 2015-ci il 15-16 oktyabr tarixində də MDB Dövlət Başçıları Şurasının Qazaxıstanın Akmola vilayətinin Burabay qəsəbəsində iclası keçirilmişdi. Prezident İlham Əliyev o sammitdən qayıdan kimi, gecə ilə keçmiş MTN-in ləğvi prosesi başlamışdı və 17 oktyabr səhəri artıq Eldar Mahmudovun vəzifədən azad edilməsi haqda sərəncam elan edildi. Ləğvetmə əməliyyatı isə çoxlarını cəzaçəkmə müəssisələrinə göndərdi.

10 ildən sonra yenə Orta Asiyada keçirilən yenə MDB sammitində qayıtdıqdan sonra daxildə xüsusi əməliyyat həyata keçirilir və 13 oktyabrda Ramiz Mehdiyevlə bağlı qərar elan edilir.

“Mehdiyev işi” kimlərin cəzaçəkmə müəssisəsinə yolunu açacaq, yaxın müddətdə yəqin ki, görəcəyik!

Elnur,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar