Dubaydan Təl-Əvivə uçan "Flydubai" aviaşirkətinin təyyarəsi təcili eniş etdiyi Səudiyyə Ərəbistanının Təbuk şəhərinin hava limanından İsrailin Ben-Qurion aeroportuna çatıb.
"Bakupost" xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb.
Məlumata görə, Baş nazir Benyamin Netanyahu sərnişinləri qarşılamaq üçün hava limanına getməlidir.
Qeyd edək ki, BƏƏ-dən Təl-Əvivə uçan “Flydubai” şirkətinə məxsus təyyarə qaçırılma şübhəsi səbəbindən təcili siqnal verib. Daha sonra təyyarədə pilotlar arasında davanın baş verdiyi üzə çıxıb.