Ru
17:04 / 19 Oktyabr 2026

Qadınların yumurta hüceyrələrini satan şəbəkə tutuldu - VİDEO

Eye

İstanbulda qadınları pul müqabilində yumurta hüceyrələrini satmağa təşviq edən beynəlxalq cinayətkar şəbəkəyə qarşı əməliyyat keçirilib.

"Bakupost" Türkiyə KİV-ə istinadla xəbər verir ki,araşdırma zamanı 41 qadından ümumilikdə 811 dəfə yumurta hüceyrəsi götürüldüyü məlum olub.

İstintaq materiallarına görə, şəbəkə qadınları Şimali Kipr Türk Respublikasına aparıb və orada yumurta hüceyrələrini cərrahi yolla çıxarıb. Qadınlardan alınan hər bir hüceyrənin 60-80 avroya satıldığı müəyyən edilib.

Şəbəkənin Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Albaniya və Gürcüstanla əlaqəli olduğu bildirilir. Təşkilat üzvləri qadınların səfərlərini təşkil edir, həkimlərlə əlaqə yaradır və yumurta hüceyrələrinin satışını həyata keçiriblər.

Araşdırma Türkiyənin Maliyyə Cinayətlərinin Araşdırılması Şurasının qeydləri əsasında üzə çıxarılıb. Qadınlara edilən ödənişlər, onlar üçün alınan aviabiletlər və şübhəlilər arasındakı pul köçürmələri izlənilib.

İstanbulda mərkəzləşmiş 14 vilayətdə keçirilən əməliyyat zamanı 36 şübhəli saxlanılıb. Aralarında iki ginekoloqun da olduğu ümumilikdə 53 nəfər barəsində istintaq tədbirlərinə başlanılıb.

Lalə, BakuPost


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar