Ru
16:45 / 16 Sentyabr 2026

Qafqaz Avropaya birləşdirəcək: 12 milyard ayrıldı

Qafqaz Avropaya birləşdirəcək: 12 milyard ayrıldı
Eye

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Cənubi Qafqaz və Mərkəzi Asiyanı Avropa bazarı ilə birbaşa birləşdirməyi hədəfləyən yeni beynəlxalq Aİ layihəsini bəyan edib.

“Bakupost” xarici KİV-ə istinadən xəbər verir ki, layihə Orta Dəhliz kimi tanınan nəqliyyat marşrutu boyunca inkişaf etdiriləcək.
Avropa Komissiyası prezidentinin sözlərinə görə, Aİ layihənin inkişafına dəstək üçün “Qlobal Gateway” proqramı vasitəsilə 12 milyard avroya qədər dövlət və özəl investisiya cəlb etməyi hədəfləyib.

"Məqsədimiz marşrutları şaxələndirmək və yük daşıma müddətini əhəmiyyətli dərəcədə azaltmaqdır", - fon der Leyen bildirib.

Qeyd edək ki, Orta Dəhliz Çin və Avropa arasında Orta Asiya, Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyədən keçən nəqliyyat marşrutudur. Onun inkişafı Asiya və Avropa arasında alternativ ticarət yollarının genişləndirilməsi yolu kimi qəbul edilir.

Rüfət Sultan
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar