Qafqaz regionunun hər zamankından daha çox sülhə ehtiyacı var.
"Bakupost" xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşdə deyib.
“Təcrübə göstərir ki, regiondankənar güclərin müdaxiləsi təhlükəsizliyin pozulmasına səbəb ola bilər", - deyə Qalibaf vurğulayıb.
O, Ermənistanla ikitərəfli əlaqələrdən də danışıb:
“Region ölkələri nəqliyyat, enerji, infrastruktur və s. sahələrində misilsiz imkanlara malikdirlər, buna görə də əməkdaşlığımızı genişləndirməli və inkişaf etdirməliyik. Bu səbəbdən Ermənistan qonşuları ilə kommunikasiya xətlərini inkişaf etdirmək niyyətindədir".