Ru
22:12 / 14 May 2026

"Qanunsuz pul tələb edənləri həbs və yüksək cərimələr gözləyir" - XƏBƏRDARLIQ

"Qanunsuz pul tələb edənləri həbs və yüksək cərimələr gözləyir" - XƏBƏRDARLIQ
Eye

"Dövlət tərəfindən qərar qəbul olunub ki, bazar günləri parklanma ödənişsiz olsun. Bu səbəbdən həmin gün istənilən şəxsin - üzərində hansısa jiletin olub-olmamasından asılı olmayaraq - sürücüdən pul tələb etməsi qanunsuzdur".


Bakupost.az xəbər verir ki, bu barədə "Report"a müsahibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.

AYNA sədri Bakıda tətbiq edilən yeni parklanma modelinin müsbət nəticələrindən danışıb. O qeyd edib ki, elektron sistemin tətbiqi sayəsində avtomobillərin park edilməsi daha nizamlı xarakter alıb, yanlış parklanma halları və buna görə tətbiq olunan cərimələr xeyli azalıb.

Anar Rzayev bazar günləri bəzi şəxslərin sürücülərdən qanunsuz ödəniş tələb etməsi məsələsinə də toxunub:

"Bu, sadəcə vətəndaşdan əsassız şəkildə pul tələb etməkdir. Belə hallarla qarşılaşdıqda hüquq-mühafizə orqanlarına müraciət olunmalıdır. "AzParking" əməkdaşları da mütəmadi olaraq maarifləndirmə işləri aparırlar. Artıq əksər vətəndaşlar bilir ki, bazar günləri parklanma pulsuzdur və ödəniş tələb edilməsi qanunaziddir".

Qanunsuz parklanma ödənişi tələb edənləri gözləyən cəzalardan danışan AYNA rəhbəri vurğulayıb ki, qanunvericilikdə bununla bağlı kifayət qədər ciddi məsuliyyət tədbirləri - yüksək məbləğdə cərimələr, hətta bəzi hallarda inzibati həbs nəzərdə tutulub. Hüquq-mühafizə orqanları bu istiqamətdə müvafiq tədbirlər görürlər.

"Əslində, bu məsələyə "yolda vətəndaşdan qanunsuz şəkildə pul tələb edilməsi" kimi yanaşmaq lazımdır. Necə ki, kimsə parkın girişində dayanıb sizdən əsassız ödəniş tələb etsə, bu qəbulolunmaz və qanunsuz hesab edilər, eyni yanaşma burada da keçərlidir", - deyə Anar Rzayev əlavə edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar