Ru
17:44 / 27 Mart 2026

QAR, LEYSAN! Pis hava şəraiti bu tarixədək davam edəcək

QAR, LEYSAN! Pis hava şəraiti bu tarixədək davam edəcək
Eye

Hazırda ölkə ərazisində intensiv xarakterli yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərə - Kəlbəcər, Laçın, Şahdağ, Xınalıq və Qrıza isə qar yağır.

Bakupost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı 40 mm qeydə alınır ki, bu da aylıq normanın 170%-ni təşkil edir.

Martın 28-i gün ərzində də yağıntının davam edəcəyi, bəzi yerlərdə intensiv xarakterli olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində gözlənilən güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur.

Martın 29-u gündüz saatlarından yağıntılar tədricən kəsiləcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar