Ru
16:51 / 29 May 2026

Qara dənizdə Türkiyə gəmisi VURULDU: Yaralılar var - VİDEO

Qara dənizdə Türkiyə gəmisi VURULDU:  Yaralılar var - VİDEO
Eye

Qara dənizdə Türkiyə gəmisi vurulub. Mayın 29-na keçən gecə Rusiya Odessa vilayətindəki limanlardan birindən Türkiyəyə gedən gəmiyə PUA (Pilotsuz Uçuş Aparatı - dron) zərbəsi endirib.

Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri öz "Telegram" kanalında məlumat verib.

Məlumata görə, zərbə nəticəsində gəminin iki ekipaj üzvü yaralanıb. Onlar Ukrayna Hərbi Dəniz Qüvvələrinin qayıqları ilə təxliyə edilib və tibb müəssisəsinə aparılıblar.



Qeyd edilib ki, hücum zamanı Rusiya ordusu Vanuatu bayrağı altında Odessa bölgəsindəki limandan Türkiyəyə yük daşıyan ANT gəmisinə qarşı dronlardan istifadə edib.

Zərbə nəticəsində Türkiyəyə məxsus gəmidə yanğın baş verib.

Ukrayna Dəniz Axtarış-Xilasetmə Xidmətinin və Ukrayna Hərbi Dəniz Qüvvələrinin bölmələri tərəfindən yanğın tez bir zamanda lokallaşdırılaraq söndürülüb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar