Ru
13:18 / 07 Oktyabr 2025

"Qarabağ" azarkeşlərə müraciət etdi

"Qarabağ" azarkeşlərə müraciət etdi
Eye

"Qarabağ" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda, İspaniyada "Atletik"ə qarşı keçirəcəyi oyundan əvvəl azarkeşlərə müraciət edib.

Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisi məlumat yayıb.

Bildirilib ki, komandanı İspaniyada dəstəkləmək istəyən azarkeşlər səfər oyunu üçün vauçerləri oktyabrın 15-dən əldə edə biləcəklər.

Vauçerlərin biletə dəyişdirilməsi ilə bağlı əlavə məlumat daha sonra klubun sosial media hesablarında açıqlanacaq.

Qeyd edək ki, "Atletik" - "Qarabağ" oyunu oktyabrın 22-də keçiriləcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar