Misli Premyer Liqasının VIII turunda keçirilən “Qarabağ” – “Neftçi” matçından sonra stadionun qarşısında qarışıqlıq yaranıb.
"Bakupost" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma başa çatdıqdan sonra azarkeşlər stadionun qarşısında işıq fişəngləri atıblar.
Ərazini tüstü bürüyüb, azərkeşlərin qaçdığı anlar kamerala düşüb.
Qeyd edək ki, qarşılaşma 3:3 hesablı heç-heçə ilə başa çatıb.
Yasəmən, BakuPost