Müğənni Eldəniz Məmmədov magistraturaya qəbul olunub.
"Bakupost" xəbər verir ki, ifaçı bu barədə "Qonaqcanlı" verilişində deyib.
O, təhsilini xarici ölkədə davam etdirəcəyini bildirib:
"Hazırda təhsil alıram. Magistraturaya qəbul olunmuşam. Amma burada yox, xarici ölkələrdən birində. Birinci kurs tələbəsiyəm. 2 il yarımdan sonra qayıdacağam. Ailədə bir mənim magistr təhsilim yox idi, o da oldu".
Qeyd edək ki, Eldəniz daha əvvəl Qarabağ Universitetində çalışmaq istədiyini, lakin magistr təhsili olmadığı üçün buna icazə verilmədiyini açıqlamışdı.