Ru
10:10 / 13 Avqust 2026

Qarabağ və Şərqi Zəngəzurda uşaqlar üçün yaradıcılıq ustad dərsləri keçiriləcək

Qarabağ və Şərqi Zəngəzurda uşaqlar üçün yaradıcılıq ustad dərsləri keçiriləcək
Eye

“Müasir Yaradıcılığa Dəstək” İctimai Birliyi “Yenidən doğulan torpağın övladları” adlı yaradıcılıq master-klasları layihəsinin icrasına başlayıb.

Təşəbbüsün əsas məqsədi Qarabağda və Şərqi Zəngəzurda doğma yurdlarına qayıdan uşaqların asudə vaxtını səmərəli və məzmunlu təşkil etmək, onların yaradıcılıq potensialını üzə çıxarmaqdır.

"Bakupost" xəbər verir ki, layihə çərçivəsində tədbirlər Cəbrayıl rayonunun Horovlu kəndində təşkil olunacaq və ustad dərslərinə ətraf ərazilərdə yaşayan gənclər cəlb ediləcək.

Layihə çərçivəsində təşkil olunacaq proqram beş əsas istiqaməti əhatə edir:

- bədii təxəyyülü inkişaf etdirən rəsm;

- mütaliə və yazı bacarıqlarını formalaşdıran ədəbiyyat;

- səhnə nitqini və sosial inteqrasiyanı inkişaf etdirən teatr;

- mənəvi rahatlıq bəxş edən musiqi;

- eləcə də fiziki və ruhi sağlamlığı təşviq edən sağlam həyat tərzi.

Təlimlər uşaqların, gənclərin yaradıcılıq qabiliyyətlərini artırmaqla yanaşı, onların sosiallaşmalarına və sağlam həyat tərzi mənimsəmələrinə dəstək verəcək.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar