Ru
13:54 / 03 İyul 2023

Qarabağa silahlar daşınır: “Qisas-3” əməliyyatı başlayır? - Açıqlama

6582
Qanunsuz erməni silahlı dəstələri Qarabağa silah daşımağa davam edirlər. Növbəti dəfə onların Xankəndi-Kərkicahan yolu ilə silah daşındığını əks etdirən görüntülər üzə çıxıb. Bu isə ondan xəbər verir ki, erməni separatçılar silah daşınmasını bilavasitə Rusiya sülhməramlılarının müşayiəti ilə həyata keçirir.


Azərbaycanın sülhə yönəlik addımlarının qarşısında erməni tərəfinin hələ də bu cür təxribatlara əl atmaqda məqsədi nədir?





Məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Bakupost.az -a bildirib ki, ermənilərin Azərbaycan ərazisində qalmasına Rusiya şərait yaradır:


“Rusiya kontingentinin erməni silahlılarına kuryerlik etməsi üçtərəfli bəyənatın şərtlərinə tamamilə ziddir. 2 il yarım bundan əvvəl ərazidən çıxarılmalı olan erməni silahlılarının burada qalmasına zəmanəti də rus kontingenti verir. Bu fəaliyyətlər, erməni silahlılarının bu günə qədər Azərbaycan ərazilərində qalması bizim üçün qəbuledilməzdir”.


Ə.Verdiyevin sözlərinə görə, Azərbaycan bu fəaliyyətlərin qarşısını almaq üçün daha sərt addımlar atacaq:


“Ermənistanın başına gələn fəlakətlərdən sonra bu cür təxribatlara əl atması Azərbaycanı daha sərt addımlar atmağa vadar edə bilər. “Qisas” əməliyyatının növbəti mərhələsinin keçiriləcəyi istisna deyil. Bu isə həmişə olduğu kimi Ermənistan üçün yaxşı nəticə vəd etmir”.

Aynur İbrahim
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər