Ru
23:26 / 30 May 2026

"Qarabağ"ın futbolçusuna görə 80 min avroluq qalmaqal

"Qarabağ"ın futbolçusuna görə 80 min avroluq qalmaqal
Eye

"Portimonense" "Lusitania" klubuna təxminən 80 min avroya yaxın vəsait borcludur.

Bakupost.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Lusitania"nın prezidenti məlumat verib.

Borc Kamilo Duranın 2024-cü ildə “Qarabağ”a transferi ilə bağlıdır. "Portimonense" rəsmisi Pedru Tome isə bildirib ki, borcun bir hissəsini sonuncu dəfə ötən ilin dekabr ayında ödənilib.

II Liqa təmsilçisi məsələ ilə bağlı Portuqaliya Futbol Federasiyasına da müraciət edib.

Qeyd edək ki, Kamilo Duran 2025-ci ilin yayında​ "Portimonense"dən "Qarabağ"a transfer olunub. 25 yaşlı kolumbiyalı hücumçu 2025/26 mövsümündə Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 48 rəsmi matçda 15 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar