İşğal zamanı Qarabağ ərazisində qanunsuz silahlı qruplaşmaların tərkibində xidmət etmiş və bir vaxtlar Ermənistanda pulsuz əmlak əldə etmiş bütün yüksəkrütbəli hərbi qulluqçular yaşayış yerlərini boşaltmaları barədə bildiriş alıblar.
Bakupost.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə vəkil Roman Yeritsyan məlumat verib.
R.Yeritsyanın sözlərinə görə, söhbət onlarla hərbçidən gedir. Vəkil özü onlardan dördünün maraqlarını təmsil edir: Qarik Safaryan, Armen Kaqramanyan, Feliks Qabrielyan və Vladik Xaçatryan. İstisnasız olaraq hamısı bildirişlər alıb.
Bildirişdə hər hansı əsas göstərilməyib, yalnız bildirilib ki, yaşayış yeri o zaman onlara qanun pozuntuları ilə təqdim edilib, lakin pozuntuların nədən ibarət olduğu göstərilməyib. Yeritsyan müvəkkillərinin işi ilə bağlı məhkəməyə müraciət edib və qərar gözləyir.
Yaxşı qərardı ədalət öz yerini gecdə olsa bərpa edir
Belçika, Niderland və Avropa (AŞPA) parlamentlərinin Azərbaycan hakimiyyətinə hüquqi etirazlarına qarşı hüquqi sübutlu CAVABdır. On mindən çox günahsız azərbaycanlılara qarşı kütləvi-etnik və hərbi dəstəklənən terrorun ciddi mühakimə edilməməsi zaman keçdikcə daha bağışlanmaz müddəalar və suallar doğuracaq!?