Ermənistanın Baş naziri Nikol Paşinyan Geqarkunik bölgəsinin Tsovak icmasında çıxışı zamanı keçmişdə səsləndirdiyi “Qarabağ Ermənistanındır və nöqtə” bəyanatına münasibət bildirib.
Bakupost.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Paşinyan bildirib ki, bu fikri əvvəlki dövrlərdə müəyyən ideoloji təsirlər və uzun illər formalaşmış yanaşmalar fonunda səsləndirib:
“Ermənistanın gələcək nəsillərə müharibə deyil, sülh ötürməsi əsas prioritet olmalıdır. Əgər Qarabağ münaqişəsi əvvəlki kimi davam etsəydi, bu, ölkəni ardıcıl müharibələrə və itkilərə aparacaqdı, nəticədə isə dövlətçiliyə ciddi təhlükə yarana bilərdi. Hazırkı siyasət Ermənistanı davamlı münaqişə riskindən uzaqlaşdırıb və bu addımı ölkənin gələcəyi üçün mühüm dönüş nöqtəsidir”.