Ru
13:25 / 18 Dekabr 2025

“Qarabağ”la oyun azarkeşsiz oynanacaq – UEFA-dan “Ayntraxt”a qadağa və cərimə

“Qarabağ”la oyun azarkeşsiz oynanacaq – UEFA-dan “Ayntraxt”a qadağa və cərimə
Eye

UEFA-nın Nizam-İntizam Komitəsi “Ayntraxt Frankfurt”un Çempionlar Liqasının səfər oyununu azarkeşsiz keçirməsinə qərar verib.

Bakupost.az Almaniya mediasına istinadən xəbər verir ki, bu qərar dekabrın 9-da “Barcelona” ilə oyun zamanı fanatların yandırıcı vasitələrdən istifadə etməsi, meydana əşyaların atılması və stadiona ziyan vurması ilə əlaqədar tətbiq olunub.

Qərara əsasən, “Ayntraxt” yanvarın 21-də Bakıda Tofiq Bəhramov stadionunda “Qarabağ”la keçiriləcək səfər qarşılaşmasında alman azarkeşlər stadiona buraxılmayacaq. Qərar verilərkən klub azarkeşlərinin əvvəlki davranışları da nəzərə alınıb. Bu Almaniya klubu barədə verilən üçüncü qərardır. Klub Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi daha iki oyunda azarkeş dəstəyindən məhrum olmuşdu.

Almaniya klubuna 38 000 avro cərimə kəsən UEFA fanatların səfər zamanı törətdiyi ziyanın ödənilməsini də tələb edib.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar