Ru
13:04 / 19 Yanvar 2026

“Qaranlıqda soyqırım” – İngiltərə mətbuatı İranda ölənlərlə bağlı dəhşətli rəqəmlər açıqladı

“Qaranlıqda soyqırım” – İngiltərə mətbuatı İranda ölənlərlə bağlı dəhşətli rəqəmlər açıqladı
Eye

İranda baş verən genişmiqyaslı etirazlar zamanı ölənlərin sayı ilə bağlı yeni, şokedici məlumatlar yayımlanıb.

Bakupost.az xəbər verir ki, “The Sunday Times” qəzetinin hesabatına görə, hadisələr zamanı 16 500–18 000 nəfər həlak olub, 330 000-dən çox insan isə yaralanıb. “Qaranlıq soyqırımı” kimi təqdim olunan hesabat yerli həkimlər və təcili yardım bölmələrinin açılqmalarına istinadən hazırlanıb.

Hadisələrin miqyası və zorakılıq səviyyəsi dünya ictimaiyyətini ciddi narahat edir. Qəzetin verdiyi rəqəmlərə görə, çoxsaylı şəhərlərdə yollar, meydanlar və xəstəxanalar etirazçılarla təhlükəsizlik qüvvələri arasında yaşanan qarşıdurmaların qurbanları ilə dolub.

Ekspertlər bildirirlər ki, bu etirazlar və onlara verilən sərt reaksiya, həm İran daxilində, həm də beynəlxalq ictimaiyyətdə böyük həyəcan yaradıb və ölkənin sosial-siyasi gərginliyini dramatik şəkildə artırır.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar