Ru
15:20 / 13 Avqust 2026

Qarayara xəstəliyi ilə bağlı vəziyyət nəzarətə götürüldü - RƏSMİ

Qarayara xəstəliyi ilə bağlı vəziyyət nəzarətə götürüldü - RƏSMİ
Eye

Samux rayonunda qeydə alınan qarayara hadisəsi ilə bağlı ilkin epidemioloji araşdırma aparılıb, xəstəliyə şübhəli bilinən şəxslərin iribuynuzlu heyvanlarla təmasda olduğu müəyyənləşdirilib.

"Bakupost" xəbər verir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə məlumatına əsasən, şübhəli bilinən ilk şəxsdən götürülmüş müayinə materialının laborator müayinəsi nəticəsində “qarayara xəstəliyi” diaqnozu təsdiqlənib.

Hazırda xəstəliklə təmasda olan şəxslər müəyyənləşdirilib və tibbi müşahidəyə cəlb olunub. Dəri yarası olan şəxslərdən laborator müayinə aparılması üçün nümunələr götürülüb. Marqarita pizza

Xəstə heyvanla təmasda olan 9 nəfər Abbas Səhhət adına Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. Onların əsasən Samux rayon sakinləri olduğu bildirilib. Həmin şəxslərdən götürülən nümunələr Şəmkir Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib.

Qeyd olunub ki, qarayara xəstəliyinin törədicisi torpaq mənşəlidir və dünyanın müxtəlif bölgələrində rast gəlinir. Xəstəlik əsasən xəstə və ya tələf olmuş heyvanlarla, həmçinin onların yoluxmuş toxumaları və məhsulları ilə təmas nəticəsində insana keçir.

Qarayaranın insandan-insana ötürülməsi olduqca nadir hallarda baş verir. Xəstə heyvanın termiki emal olunmuş ətinin və ondan hazırlanan qidaların istehlakının qarayaraya yoluxmaya səbəb olmadığı bildirilib.

Hazırda hadisə ilə bağlı vəziyyət aidiyyəti qurumların nəzarətindədir və zəruri epidemioloji tədbirlər həyata keçirilir. Əhali arasında xəstəliyin yayılması müşahidə olunmur və vətəndaşların narahatlığına əsas olmadığı qeyd edilir.

Vətəndaşlara xəstə və ya tələf olmuş heyvanlarla, eləcə də şübhəli heyvan mənşəli məhsullarla təmasdan çəkinmək, xəstəliyə şübhə yaradan əlamətlər müşahidə etdikdə isə vaxtında tibb müəssisəsinə müraciət etmək tövsiyə olunur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar