Ru
22:20 / 12 Oktyabr 2026

Qardaş ölkədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi

Qardaş ölkədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi
Eye

Türkiyənin şimalında yerləşən Tokat şəhərində son üç gün ərzində təxminən 5 000 sakin ürəkbulanma, qarın ağrısı və ishal şikayətləri ilə yerli xəstəxanalara müraciət edib.


"Bakupost" "Haber7"yə istinadən xəbər verir ki, bu barədə Tokat vilayətinin qubernatoru Abdullah Köklü məlumat verib. Onun sözlərinə görə, hazırda 30 nəfər müalicə alır.

Qeyd olunub ki, mütəxəssislər içməli su nümunələri götürərək şikayətlərin mənbəyini müəyyənləşdirmək üçün Ankaraya göndəriblər.

"İnfeksiya mənbəyinin içməli su olub-olmadığını hələ bilmirik. Səhiyyə Nazirliyində aparılan analizlərin nəticələrinə əsasən lazımi məlumatları əldə edəcəyimizə ümid edirik", - deyə qubernator qeyd edib.

Onun sözlərinə görə, dezinfeksiya işlərinin aparılması məqsədilə bir günlük dayandırılan dərslər çərşənbə axşamı yerli məktəblərdə bərpa olunacaq.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar