Geyim kombinasiyalarını qiymətləndirən və fərdiləşdirilmiş stil tövsiyələri verən “KombinEra” adlı mobil tətbiq istifadəyə verilib.
“Bakupost” xəbər verir ki, istifadəçilər kombinlərinin şəklini tətbiqə yükləyir, süni intellekt isə görünüşü müxtəlif meyarlar üzrə təhlil edərək ona qiymət verir və hansı geyim parçalarının dəyişdirilməsi və ya tamamlanması ilə bağlı tövsiyələr təqdim edir.
Platformanın məqsədi istifadəçilərin qarderobundan daha səmərəli istifadə etməsinə və lazımsız alış-verişin qarşısını almağa kömək etməkdir.
Tətbiqin yaradıcısı bildirib ki, ilk ay ərzində bütün funksiyalar ödənişsiz olacaq.
Vüsalə Hüseynova,
BakuPost