Ru
15:19 / 23 İyul 2026

Qarpızdan zəhərlənməmək üçün NƏ EDƏK?

Qarpızdan zəhərlənməmək üçün  NƏ EDƏK?
Eye

“İyulun ortalarından başlayaraq qarpızın təbii şəkildə yetişmə prosesi başa çatır və hazırda qarpız almaq üçün ən doğru zamandır”.

Bu sözləri “Bakupost”a açıqlamasında qida eksperti İlkin Şirinov bildirib. Onun sözlərinə görə, qarpızlar həddindən artıq gübrə istifadə edildiyi zaman təhlükəli ola bilər:

“Gübrələnmə zamanı sahələrdə yol verilən səhvlər sonradan insanların sağlamlığında ciddi problemlərə səbəb ola bilir. Bəzən istixana şəraitində həddindən artıq gübrələməyə üstünlük verilir. Bu zaman qarpız zahirən böyük görünsə də, tam yetişməmiş olur. Bu baxımdan yaxşı olardı ki, qarpız və ümumiyyətlə sahələrdən yığılan meyvə-tərəvəzlərin yetişdirilməsində mütəxəssislərin tövsiyələrinə üstünlük verilsin".

Ekspertin sözlərinə görə, ən böyük səhvlərdən biri qarpızı kəsdikdən sonra açıq havada saxlamaqdır:

"Kəsilmiş qarpızın açıq havada saxlanılması onun mikroorqanizmlərlə çirklənməsinə səbəb ola bilər. Belə qarpızlar xüsusilə uşaqlarda və hamilə qadınlarda ciddi fəsadlar yarada bilər. Bəzən isə onu kəsib su əlavə edilmiş qabda saxlayırlar. Bu da doğru deyil.

Qarpız istifadə edilməzdən əvvəl üzərindəki mikroorqanizmlərdən təmizlənməsi üçün yuyulmalıdır. Otaq temperaturunda onun saxlanma müddəti maksimum 1-2 saat ola bilər. Bundan sonra mütləq soyuducuya yerləşdirilməlidir".

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar