Ru
16:32 / 22 Oktyabr 2026

"Qatarda havasızlıqdan boğuluruq" - Metropolitendən AÇIQLAMA

Eye

Bakıda metrosunun köhnə vaqonlarında havalandırma sisteminin işlək olmaması sərnişinlərin etirazına səbəb olub.

"Bakupost" a müraciət edən sərnişinlərdən biri problemin uzun müddətdir davam etdiyini, lakin məsələ ilə bağlı tədbir görülmədiyini deyir.

"Nə havalandırma sistemi, nə də kondisioner işləyir. Burada ancaq boğulmaq mümkündür. Neçə vaxtdır bu barədə danışılır, amma heç kimin vecinə deyil. Camaatın suyun, tərin içindədir", – deyə sərnişin bildirib.

Məsələ ilə bağlı "Bakupost"un sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən bildirilib ki, üçüncü nəsil vaqonlarda istehsalçı zavod tərəfindən layihələndirilmiş havalandırma sistemi mövcuddur.

Qurumdan qeyd olunub ki, yay mövsümündə bu tip qatarlarda nəfəsliklər daim açıq saxlanılır. Bununla belə, həmin vaqonlarda soyutma sistemlərinin quraşdırılması texniki baxımdan mümkün deyil.

"Bununla belə davamlı yenilənmə prosesinə uyğun olaraq, hazırda vaqon parkında olan qatarların 50 faizdən çoxu artıq yeni nəsilə mənsubdur. Həmçinin yeni vaqonlar sifariş edilərkən texniki şərtlərdə onların yalnız 4-cü nəsilə mənsub olması, o cümlədən Bakının iqlim xüsusiyyətlərinə uyğun soyutma sistemləri ilə təchiz edilməsi mütləq qaydada nəzərə alınacaq".

Lalə, BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar