Ru
21:56 / 09 İyul 2026

Qazdan istifadə qaydaları dəyişdi - Əli Əsədiovdan qərar

Qazdan istifadə qaydaları dəyişdi - Əli Əsədiovdan qərar
Eye

Qazdan istifadə qaydaları təsdiq olunub.


"Bakupost" xəbər verir ki, xəbər verir ki, bu haqda Baş nazir Əli Əsədov qərar imzalayıb.


Həmçinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ləğv edilib.


Qeyd olunub ki, istehlakçının tikinti obyektinin qaz təchizatı ilə bağlı qaz satıcısı ilə qazın alqı-satqı müqaviləsinin bağlanılması “ASAN Kommunal” mərkəzləri yaradılmadığı regionlarda bu mərkəzlər yaradılanadək “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçiriləcək.


Elektron Hökumət İnformasiya Sisteminin xidmət kanalı üzərindən müvafiq sistem operatorunun informasiya sistemi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurların təşkili təmin edilənədək həmin sistem vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurlar birbaşa, poçt və ya elektron poçt vasitəsilə həyata keçiriləcək.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar