Ru
15:22 / 07 Dekabr 2022

Qazi o addımı məcbur olduğu üçün atıb - Rey Kərimoğlu

6631
Xəbər verdiyimiz kimi, Nərimanov rayonunda hərbi formalı və yaxasında medal olan şəxsin pul toplamasını əks etdirən görüntülər yayılıb.


Məlum olub ki, II Qarabağ müharibəsi qazisi olan həmin şəxs bunu azyaşlı qız üçün keçirilən yardım kampaniyasına görə edib. Bu məsələ birmənalı qarşılanmayıb və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.


Məsələ ilə bağlı “Qarabağ Qaziləri” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rey Kərimoğlu Bakupost.az -a danışıb.


O, bu yardımın başqa formada keçirilə biləcəyini qeyd edib. O, qazilər və onların ailələri ilə bağlı problemlərin olduğuna da diqqər çəkib:

“Bunun dilənçilik olduğunu deməzdim. Bu, yardım toplama q formasıdır. Məcbur olub bu addımı atıb. Amma daha yaxşı bir forma tapmaq olardı. Müxtəlif efirlərə, şou proqramlara çıxa bilərdilər. Ümumiyyətlə, qazilərin öz vəziyyəti ilə bağlı da belə problemlər yaşanır. Qazilər Birliyinə qazilərlə, onların övladları ilə bağlı müraciətlər olur. Elə məsələlər var ki, onlar sığorta paketinə daxildir. Biz də kömək edə bilirik, dövlət də. Amma bəzi hallarda sığorta paketinə daxil məsələlər ortaya çıxır və qazinin onu həll etməyə gücü çatmır. Düşünürəm ki, bu məsələni “YAŞAT” Fondu öz üzərinə götürməlidir".

R.Kərimoğlu hesab edir ki, qazilərin övladları, ataları ilə bağlı problemlərə dəstək olmaq lazımdır:


"Hazırda bizdə bir qazinin böyrəyi dəyişdirilməlidir, digəri Türkiyədə müalicə olunmalıdır. Biz onlara dəstək ola bilmirik. Çünki "YAŞAT" Fondu deyir ki, biz ona bir dəfə kömək etmişik. Böyrək köçürülməsi üçün böyük məbləğ - 15-20 min manat çatmır. Bu da sığorta paketinə daxil deyil”.


R.Kərimoğlu bildirib ki, şəhid ailələri, eləcə də qazilərin övladları və xanımları dövlət hesabına əməliyyat olunmalı və ya müalicə almalıdırlar:


"Biz dövlətin gördüyü işlərin içindəyik. Dövlət qazilərin müayinə, müalicə, mənzillə təminatı və digər ehtiyaclarının ödənməsi üçün vəsait ayırır. Prezidentin və xanımının tövsiyələri, göstərişləri var. Qanunvericilikdə dəyişiklik etməklə məsələni həll etmək olar. Yoxsa, hadisələr get-gedə pis şəkil alacaq”.



Aynur
BakiPost


Həmçinin oxuyun:



Şərhlər
  • Zaur Abbasov

    Ayıbdır vallah. Qazi adını belə ucuzlasdirmaq olmaz.

  • elchin

    ayibdir ey qazinin metro cixisinda bu hereketi- onun usaqina dovlet destek olur- bu elcin Lemberaniski esl mossenikdir qzinin eli ile pul toplayir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər