Ru
10:25 / 19 Oktyabr 2026

Qəfil vəziyyətlərə hazır olun - XƏBƏRDARLIQ

Qəfil vəziyyətlərə hazır olun  - XƏBƏRDARLIQ
Eye

Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.


Bu barədə "Bakupost"a İdarədən məlumat verilib.

Qeyd edilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, oktyabrın 19-da Bakı və Abşeron yarımadasında, eləcə də respublikanın bir sıra bölgələrində güclü külək gözlənilir.

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar sürücülərə müraciət edərək onları yollarda diqqətli olmağa və təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır:

"Güclü külək xüsusilə açıq ərazilərdə, körpülərdə, yolötürücülərində və magistral yollarda nəqliyyat vasitələrinin hərəkətinə ciddi təsir göstərə bilər. Küləyin qəfil istiqamət dəyişməsi avtomobilin idarəetməsini çətinləşdirə, xüsusilə iri qabaritli nəqliyyat vasitələri və qoşqulu avtomobillər üçün təhlükəli vəziyyət yarada bilər.

Bu səbəbdən sürücülərə sürət həddini mövcud hava şəraitinə uyğun seçməyi, ara məsafəsini artırmağı, qəfil manevrlərdən və sərt tormozlamadan çəkinməyi tövsiyə edirik. Eyni zamanda, nəqliyyat vasitələrini ağacların, reklam lövhələrinin, elektrik dirəklərinin və digər təhlükə yarada biləcək konstruksiyaların yaxınlığında saxlamamaq vacibdir".

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını hava şəraitini nəzərə almağa, yollarda maksimum diqqətli və məsuliyyətli davranmağa çağırır:

"Unutmayaq ki, əlverişsiz hava şəraitində təhlükəsizliyin əsas şərti ehtiyatlı və məsuliyyətli davranışdır!".

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar