Ru
09:40 / 05 Sentyabr 2026

Qəhvənin xərçəngə təsiri açıqlandı

Qəhvənin xərçəngə təsiri açıqlandı
Eye

Onkoloq-uroloq Alexander Dzidzariya gündəlik bir fincan qəhvə içməyin bağırsaq xərçəngi riskini azaltdığını bildirib.


"Bakupost" demokrat.az-a istinadən xəbər verir ki, mütəxəssis bu barədə Rusiya mətbuatına müsahibəsində danışıb.

Həkimin sözlərinə görə, hər gün bir fincan keyfiyyətli üyüdülmüş qəhvə qəbul etmək bağırsaqda xoşxassəli və bədxassəli şişlərin yaranma ehtimalını 6 faiz aşağı salır.

Onkoloq xatırladıb ki, tütün və spirtli içkilərdən imtina etmək də orqanizmin sağalması üçün mühüm şərtdir. Bu iki zərərli vərdişin birlikdə istifadəsi xərçəng riskini 52 faiz artırır.

Mütəxəssis əlavə edib ki, sarımsaq da bağırsaqları iltihabdan qorumağa kömək edir. Gündə bir neçə diş sarımsaq yemək bağırsaq xəstəlikləri ehtimalını 44 faiz azaldır.

Yəni, düzgün qidalanma və faydalı içkilər orqanizmi ağır xəstəliklərdən qorumaq üçün yaxşı vasitədir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar