Ru
22:40 / 17 İyun 2026

Qərbdən Tiflisə çağırış: Dərhal Saakaşvilini azad et!

Qərbdən Tiflisə çağırış: Dərhal Saakaşvilini azad et!
Eye

Avropa Parlamenti (AP) Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin xaricdə lazımi tibbi müalicə ala bilməsi üçün humanitar əsaslarla dərhal azadlığa buraxılmasını tələb edib.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə AP-nin Gürcüstanla bağlı qəbul etdiyi qətnamədə bildirilib.

AP “Gürcü Arzusu” hökumətini Avropa Parlamenti üzvlərinin Mixail Saakaşvili və digər siyasi məhbuslarla məhdudiyyətsiz görüşünü təmin etməyə çağırıb.

Qətnamədə Gürcüstanda müxalifətə qarşı təqib, siyasi həbslər və saxlamalar, təhdidlər və fiziki hücumlar pislənilib.

“Avropa Parlamenti keçmiş prezident Mixeil Saakaşvilinin xaricdə lazımi tibbi müalicə ala bilməsi üçün humanitar əsaslarla dərhal azad edilməsi tələbini qətiyyətlə təkrarlayır. Bundan əlavə, “Gürcü Arzusu” hökumətini Avropa Parlamenti üzvlərinin Mixail Saakaşvili və digər siyasi məhbuslarla görüşünə məhdudiyyətsiz çıxışını təmin etməyə çağırır”, - AP əlavə edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar