Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşan və polis tərəfindən saxlanılan üç əcnəbi ilə bağlı başlanan cinayət işi üzrə istintaq tamamlanıb.
Bakupost.az APA-ya istinadla xəbər verir ki, cinayət işi baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
İş hakim Azər Tağıyev icraatına verilib. Məhkəmə yaxın günlərdə başlayacaq.
Qeyd edək ki, avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.
Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.