Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakupost.az Report-a istinadla xəbər verir ki, hadisə Quba-Xaçmaz avtomobil yolunun rayonun Barlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 31 yaşlı Abbasov Elnur Mehdi oğlu motoblok ilə hərəkətdə olan zaman idarəetməni itirib və VAZ-2107 markalı minik avtomobilinə çırpılıb.
E.Abbasov özünü xilas etmək məqsədilə asfalt örtüyünə tullanıb, lakin H.Osmanovun idatə etdiyi "Ford Transit" markalı avtomobilin altında qalaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.