Ru
18:04 / 08 Avqust 2025

Qəzzadan əl çək! - Çin İsraildən tələb etdi

 Qəzzadan əl çək! - Çin İsraildən tələb etdi
Eye

Çin İsraildən Qəzzanı ələ keçirmək planlarından əl çəkməsini tələb edib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ÇXR Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Çin İsrailin qərarından ciddi narahatlığını ifadə edir və onu təhlükəli hərəkətləri dərhal dayandırmağa çağırır. Qəzza Fələstin xalqına məxsusdur və Fələstin ərazisinin ayrılmaz hissəsidir. Qəzzadakı humanitar böhranı yumşaltmağın və məhbusları azad etməyin yeganə düzgün yolu dərhal atəşkəsdir. Qəzzadakı münaqişənin yekun həlli üçün də atəşkəsin açarı bu münaqişənin dayandırılmasıdır. Yalnız bu münaqişəyə son qoymağa və regionda təhlükəsizliyin təmin olunmasına yol aça bilər”, - Çin XİN-in açıqlamasında deyilir.

Zaur, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar