Ru
14:47 / 17 İyul 2026

Qırıcılarımız havaya qaldırıldı - FOTO

Qırıcılarımız havaya qaldırıldı  - FOTO
Eye

Müdafiə nazirinin təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya bölmələrində təlim-məşq uçuşları icra edilib.

Bu barədə "Bakupost"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ​uçuş heyətlərindən hazırlıq barədə məruzələr qəbul edildikdən sonra pilotların təlim uçuşunun şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanılıb.

Sonra pilotlar aviasiya vasitələrinə nəzarət baxışı keçiriblər.

Təlim-məşq uçuşunun planına əsasən, “JF-17C” (Block-III), “Su-25ML” və “L-39” tipli təyyarələrdən müəyyən edilmiş marşrutlar üzrə gündüz vaxtı havaya qalxma, yerə enmə, həmçinin müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar yerinə yetirilib.

Hərbi pilotların döyüş hazırlığının təkmilləşdirilməsi məqsədilə keçirilən təlim-məşq uçuşlarında əsas diqqət müxtəlif taktiki şəraitlərdə tapşırıqların dəqiq və təhlükəsiz icrasına, həmçinin aviasiya vasitələrinin effektiv döyüş tətbiqi imkanlarının təkmilləşdirilməsinə yönəldilib.

Təlim-məşq uçuşları zamanı hərbi pilotlar yüksək peşəkarlıq nümayiş etdiriblər.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar