Ru
15:20 / 03 Oktyabr 2025

Qısqanclıq, dava, atəş səsləri: 17 yaşlı qızı belə qaçırdılar - Şok görüntü

Qısqanclıq, dava, atəş səsləri: 17 yaşlı qızı belə qaçırdılar - Şok görüntü
Eye

Rusiyanın Voronej şəhərində 17 yaşlı qızın amansız şəkildə qaçırılması ilə bağlı görüntülər yayılıb.

Bakupost.az xəbər verir ki, bu barədə məlumatı “Baza” teleqram kanalı yayıb.

Məlumata görə, iki nəfər avtomobillə qızın və onun tanışının dayandığı binanın qarşısına gəlib. Maşından düşən gənclərdən biri əvvəlcə qızın tanışına zərbə endirib, daha sonra isə qızı saçından tutaraq zorla avtomobilə mindirib. Bu zaman qız bərkdən qışqırıb və həmin an onun cibindəki siqnal tapançası işə düşüb.

Polis hadisə iştirakçılarını qısa müddətdə müəyyən edib. Onların 18 yaşlı gənc və onun 17 yaşlı sevgilisi olduğu açıqlanıb. Cütlük ifadəsində mübahisənin qısqanclıq zəminində yarandığını bildirib.

Baş verənlərlə bağlı heç kim polisə ərizə ilə müraciət etməyib. Buna baxmayaraq, hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

Lalə, Bakupost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar