Ru
21:10 / 22 İyun 2026

"Qiyamət günü" radiostansiyası üç dəfə sirli mesajlarla efirə çıxdı

"Qiyamət günü" radiostansiyası üç dəfə sirli mesajlarla efirə çıxdı
Eye

"Jujalka" ("Buzzer") kimi də tanınan sirli "Qiyamət günü" radiostansiyası üç dəfə efirə çıxıb və bir neçə sirli mesaj ötürüb.


Bakupost.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə stansiyanın aktivliyini izləyən "UVB-76 Loqi" "Telegram" kanalı məlumat verib.

İlk mesaj iyunun 22-də Moskva vaxtı ilə saat 11:33-də (Bakı vaxtı ilə saat 12:33) səslənib. "Qiyamət günü" radiostansiyası hərf və rəqəmlərin kombinasiyası ilə yanaşı, "STANONANT" və "OBEDOBUYAN" sözlərini yayımlayıb.

Qısa müddət sonra Moskva vaxtı ilə saat 13:28-də efirdə ikinci mesaj - "KLIKOTRYUM" sözü səslənib.

Gün ərzində üçüncü mesaj iyunun 22-də Moskva vaxtı ilə saat 14:29-da (Bakı vaxtı ilə saat 15:29) yayımlanıb.

Hərf və rəqəmlərin kombinasiyası ilə yanaşı radiostansiya "QLAZİŞE" sözünü ötürüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar