Ru
20:48 / 17 İyun 2026

Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO

Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" -  VİDEO
Eye

Xəbər verdiyimiz kimi, Bakı-Sumqayıt yolunda 17 yaşlı Zəhra Mehdizadənin idarə etdiyi motosiklet yol kənarında nasaz vəziyyətdə dayanmış "Mercedes" markalı avtomobilə çırpılıb.


Bakupost.az Baku TV-yə istinadla xəbər verir ki, qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Zəhra Mehdizadə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Zəhra Mehdizadə tanınmış hüquqşünas Fərhad Mehdiyevin qızıdır.

Mərhumun atası hadisə ilə bağlı jurnalistlərə açıqlama verib.

"Mən o videoya baxdım. Orada motosiklet yox, adi avtomobil olsaydı, bəlkə də, ölüm olmazdı. Amma yenə də qəza baş verə bilərdi. Çünki sağ tərəfdən də avtomobillər hərəkət edirdi. Sağa yönəlsəydi, sağdakı maşınlar vura bilərdi. Yolun sol tərəfində dayanmaq olduqca təhlükəlidir. Nasaz maşını niyə sürürsən axı?! Sürət yolunu bağlamaq olmaz. Kimsə orada bədbəxt hadisə ilə üzləşəcəkdi, bu da mənim qızımın başına gəldi", - Fərhad Mehdiyev deyib.

Faktla bağlı araşdırma aparılır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar