Qızılın qiyməti ABŞ Federal Ehtiyat Sisteminin (FES) faizləri daha uzun müddət yüksək səviyyədə saxlaya biləcəyi ilə bağlı gözləntilər fonunda yeddi həftənin ən aşağı səviyyəsinə yaxınlaşıb.
“Bakupost” xəbər verir ki, spot qızılın qiyməti 4 124,57 dollar, ABŞ qızıl fyuçersləri isə 4 156,70 dollar səviyyəsində olub.
Bazar iştirakçıları bu həftə açıqlanacaq ABŞ-nin məşğulluq və inflyasiya göstəricilərini izləyirlər. Hazırda bazarlar FES-in oktyabrda faiz artımı ehtimalını 70,3 faiz səviyyəsində qiymətləndirir.
Neft qiymətlərinin yüksəlməsi də qızıl üzərində təzyiq yaradır. Bahalaşan enerji qiymətləri inflyasiya gözləntilərini artırır və faizlərin yüksək qalacağı ehtimalını gücləndirir. Yüksək faiz mühiti isə faiz gəliri gətirməyən qızıl üçün mənfi amil hesab olunur.
Vüsalə Hüseynova,
BakuPost