Ru
15:07 / 15 İyul 2026

Qızıl kəskin bahalaşacaq

Qızıl kəskin bahalaşacaq
Eye

ABŞ-də inflyasiyanın gözləniləndən aşağı faizlə açıqlanması qlobal bazarlarda qızılın qiymətini yüksəldib.

"Bakupost" xəbər verir ki, investorlar indi ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz qərarlarını və Yaxın Şərqdə artan gərginliyi diqqətlə izləyirlər.

İyun ayında ABŞ-da illik inflyasiya 3,5 faizə enib. Bu göstərici proqnozlardan aşağı olduğu üçün bazarlarda FED-in yaxın aylarda faiz artımına tələsməyəcəyi gözləntisi güclənib. Bu isə təhlükəsiz investisiya hesab olunan qızıla tələbi artırıb. Hazırda bir unsiya qızıl 4 min dollar səviyyəsinin üzərində qalır. Analitiklər bildirirlər ki, bu həddin qorunması qiymətlərin yüksəliş meylinin davam etdiyini göstərir. Bununla yanaşı, ABŞ-İran gərginliyi və neft qiymətlərindəki artım da qızıla əlavə dəstək verir. Geosiyasi risklərin artması investorların yenidən qızıla üz tutmasına səbəb olur. İsveçrənin UBS bankı isə daha nikbin proqnoz açıqlayıb. Bankın hesablamasına görə, qızılın qiyməti qarşıdakı 12 ay ərzində təxminən 28 faiz artaraq 5 200 dollara çata bilər. Mütəxəssislər bildirirlər ki, yaxın günlərdə qızılın qiymətinə təsir edəcək əsas amillər FED rəsmilərinin açıqlamaları, ABŞ iqtisadi göstəriciləri, dolların məzənnəsi və Yaxın Şərqdəki hadisələr olacaq. Bu səbəbdən qızıl bazarında qısamüddətli kəskin qiymət dəyişiklikləri istisna edilmir.

Röya Rizvanzadə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar