Ru
14:06 / 07 Oktyabr 2026

Qızıl ucuzlaşmağa davam edir: Son qiymətlər

Qızıl ucuzlaşmağa davam edir: Son qiymətlər
Eye

Qızılın qiyməti investorların ABŞ Federal Ehtiyat Sisteminin (FES) sentyabr iclasının protokolunda faiz siyasəti ilə bağlı yeni siqnallar axtarması fonunda ucuzlaşıb.

“Bakupost” xəbər verir ki, spot qızılın qiyməti 0,3% azalaraq bir unsiya üçün 4 150,23 dollara düşüb. ABŞ qızıl fyuçersləri isə 0,2% ucuzlaşaraq 4 177,60 dollar olub.

FES-in sentyabr iclasının protokolu bu gün açıqlanacaq. Son dövrdə zəif iqtisadi göstəricilərin açıqlanması oktyabr ayında faiz artımı gözləntilərini azaldıb.

Yüksək faiz dərəcələri qızıl kimi gəlir gətirməyən aktivlərin cəlbediciliyini azaldır. Bununla yanaşı, London Külçə Bazarı Assosiasiyasının illik konfransında iştirak edən nümayəndələr qızılın qiymətinin qarşıdakı 12 ayda bir unsiya üçün 5 013 dollara çata biləcəyini proqnozlaşdırıblar.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar