Qızılın qiyməti ABŞ-də açıqlanacaq inflyasiya göstəriciləri öncəsi yüksəlib.
“Bakupost” xəbər verir ki, spot qızılın qiyməti 0,3 faiz artaraq bir unsiya üçün 4 412,84 dollara çatıb. ABŞ qızıl fyuçersləri isə 0,1 faiz ucuzlaşaraq 4 457,10 dollar olub.
Qızılın bahalaşmasına əsasən dolların zəifləməsi təsir edib. İnvestorlar ABŞ-də açıqlanacaq inflyasiya göstəricilərini gözləyirlər. Məlumatların Federal Ehtiyat Sisteminin (FES) faiz siyasətinə təsir göstərəcəyi gözlənilir.
Digər qiymətli metallardan gümüş 0,2 faiz bahalaşaraq 67,42 dollara, palladium isə 0,2 faiz artaraq 1 355,50 dollara yüksəlib. Platin isə 0,6 faiz ucuzlaşaraq 1 885,02 dollar olub.
Vüsalə Hüseynova,
BakuPost