Ru
10:58 / 22 İyun 2026

Qızına elçi düşən şəxsi döyərək öldürdü - TƏFƏRRÜAT

Qızına elçi düşən şəxsi döyərək öldürdü - TƏFƏRRÜAT
Eye

İyunun 22-si gecə saatlarında Mingəçevir şəhərində yerləşən kafelərin birinin qarşısında dava-dalaş olub.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, 51 yaşlı Rafiq Məmmədov aralarında yaranmış mübahisə zəminində 35 yaşlı Tural Bəhrəmlini döyərək xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilən T.Bəhrəmli aldığı xəsarətlərdən orada ölüb.

R.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Yaxınlarının bildirdiyinə görə, T.Bəhrəmli hadisəni törətməkdə şübhəli bilinən şəxsin qızı ilə ailə həyatı qurmaq istəyib. Bu məqsədlə o, qızın evinə elçi də göndərib. Lakin tərəflər arasında razılıq baş tutmayıb. Daha sonra isə dava-dalaş düşüb və qızın atası 35 yaşlı Turala zərbələr endirib.

R.Məmmədovun hadisə vaxtı sərxoş vəziyyətdə olması qeyd edilib.

Araşdırma aparılır.

Qeyd edək ki, T.Bəhrəmli Vətən müharibəsi iştirakçısıdır. O, Mingəçevirdə məktəblərdən birində gözətçi işləyirmiş.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar