Füzuli rayonunda doğma qızına qarşı zorakılıq hərəkətləri etmiş 1987-ci il təvəllüdlü Famil Ramilova (adlar və soyad şərtidir) hökm oxunub.
Bakupost” xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 39 yaşlı kişi Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinib.
Məlum olub ki, Famil 2023-2025-ci illərdə 2009-cu il təvəllüdlü qızı Cəmiləyə qarşı mütəmadi zorakılıq əməlləri törədib. Onu döyərək xəsarətlər yetirib, həmçinin dəfələrlə seksual xarakterli zorakılıq əməlləri törədib.
Məhkəmənin hökmü ilə F.Ramilova 15 il həbs cəzası verilib.