Ru
19:37 / 21 Oktyabr 2026

Qripə qarşı vaksinasiya başladı – Səhiyyə Nazirliyi

Qripə qarşı vaksinasiya başladı – Səhiyyə Nazirliyi
Eye

Payız-qış mövsümünün başlaması ilə əlaqədar qripə qarşı vaksinasiyaya maraq artır. Hazırda bəzi özəl tibb müəssisələrində qripə qarşı vaksinlərin təqdim edildiyi barədə məlumatlar var.


Bu fonda dövlət tibb müəssisələrində mövsümi qripə qarşı vaksinasiyanın təşkili, vaksinlərin mövcudluğu və vətəndaşların peyvənd olunmaq imkanları da maraq doğurur.

2026-2027-ci illərin payız-qış mövsümü üçün qripə qarşı vaksinlər dövlət tibb müəssisələrinə gətirilibmi? Gətirilibsə, ümumilikdə neçə doza vaksin tədarük olunub və hazırda dövlət tibb müəssisələrində nə qədər vaksin mövcuddur?

"Bakupost" xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-ın Səhiyyə Nazirliyinə ünvanlandığı sorğuya cavab olaraq əhali arasında qrip və digər respirator infeksiyaların yayılmasının qarşısının alınması, eləcə də profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi tərəfindən bu il də ölkəyə qripə qarşı vaksinlər gətirildiyi bildirilib:

“Azərbaycan Respublikası səhiyyə nazirinin “2026–2027-ci ilin payız-qış mövsümündə respublikada kəskin respirator xəstəliklərə qarşı əksepidemik tədbirlərin gücləndirilməsi və qripə qarşı vaksinasiya kampaniyasının keçirilməsi barədə” əmrinə əsasən, mövsümi qripə qarşı vaksinasiyaya 2026-cı il oktyabrın 21-dən başlanılması nəzərdə tutulur.

Qrip infeksiyasının ağırlaşmaları baxımından daha yüksək risk qrupuna daxil olan şəxslərə, xüsusilə səhiyyə işçilərinə, hamilə qadınlara, eləcə də 6 aylıqdan yuxarı, xroniki tənəffüs sistemi xəstəlikləri olan şəxslərə qripə qarşı peyvənd olunmaq tövsiyə edilir”.

Qurumdan bildirilib ki, mövsümi qripə qarşı vaksinasiya xəstəlikdən qorunmanın və onun mümkün ağırlaşmalarının qarşısının alınmasının əsas profilaktik vasitələrindən biridir:

“Səhiyyə Nazirliyi əhalini mövsümi qripə qarşı profilaktik tədbirlərə əməl etməyə, o cümlədən vaksinasiya prosesində fəal iştirak etməyə çağırır. Qripə qarşı vaksinasiya ödənişsiz həyata keçirilir və vətəndaşların yaşayış və ya iş yeri üzrə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində aparılır”.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar