Ru
13:17 / 31 İyul 2026

Quba almasının qiyməti kəskin ucuzlaşdı

Quba almasının qiyməti kəskin ucuzlaşdı
Eye

Bu il əlverişsiz hava şəraiti Qubada alma bağlarına ciddi ziyan vurub. Güclü yağıntılar səbəbindən bir çox bağlarda almaların üzərində ləkələr yaranıb, məhsulun keyfiyyəti aşağı düşüb və fermerlər ciddi maddi itkilərlə üzləşiblər.

"Bakupost" Milli.az-a istinadla xəbər verir ki, fermerlər əvvəlki illərdə bir hektar alma bağından 8-10 min manat gəlir əldə etmək mümkün olduğu halda, bu il çəkilən xərcləri belə ödəməyin çətinləşdiyini bildiriblər.

Qeyd olunub ki, məhsulun təxminən 90 faizi dəmgil xəstəliyinə yoluxub və satış üçün yararsız vəziyyətə düşüb.

Onların sözlərinə əsasən, yüksək dərman xərclərinə baxmayaraq, məhsulu qorumaq mümkün olmayıb. Emal müəssisələri isə bu almaları cəmi 5-6 qəpiyə qəbul edir və alıcı tapmaq da çətinləşib.

Nəticədə bəzi fermerlər 10-15 min manat həcmində zərərə düşdüklərini bildirirlər.

Şərhlər
  • B.Kozoz-bağaBaxcƏli

    Tək Maddi-Mat təbiətə deyil, elə canlı mühit və incan Cəami-dövlətlərinə nisbi-bərabər ədalətli Hüquqi münasibət göstərək Siyasi Güclərə qarşı Möhtəşəm-İlahi güclü Təbiətin tərs-sərt təsiri hələlik daha çox yağış-sel və ilgili xəstəliklərə yenə də fövtə-imkan verməkdədir. İlkin xırda almanın hər KGı tarixən 5-10 qəpikdən baha da olmayıb? Müasir yeməli-şirəli Armud çeşidləri heç yoxdur? *Qızıl Alma* adlananlara isə sanki illərlə yetəri qulluq yoxdur? Ruhdan düşməyin, toröağın-ərazinin qiymətini bilək, peşkeşlərə tələsib-səpilməyək?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar