Ru
09:38 / 11 Sentyabr 2026

Quba-Xınalıq yolu çökdü - VİDEO

Quba-Xınalıq yolu çökdü  - VİDEO
Eye

Quba–Xınalıq yolunun 35-ci kilometrliyində yol çöküb.

“Bakupost” xəbər verir ki, son günlər yağan yağışlardan sonra yolun hərəkət hissəsi sürətlə dərəyə doğru uçur.

Yeddi yaşayış məntəqəsinin sakinlərinin istifadə etdiyi bu yol eyni zamanda bölgənin əsas turizm marşrutlarından biridir.

“Gedib-gəlmək çətindir. Bu yoldan hər gün istifadə edənlər var. Sürüşmələr çox olduğu üçün yollar pis gündədir”, – deyə sakinlərdən biri qeyd edib.

AAYDA-dan məsələ ilə bağlı bildirilib ki, Quba–Xınalıq avtomobil yolunda torpaq sürüşməsi nəticəsində yaranan fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır:

“Hadisənin baş verdiyi hissədə nəqliyyat vasitələrinin hərəkəti üçün yolun digər zolağı təhlükəsizlik təmin edilməklə açıq saxlanılıb”.

Daha ətraflı İTV-nin süjetində:



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar