Ru
14:05 / 27 Noyabr 2025

Qulluqçu evi qarət etdi – 25 gün işlədiyi evdən 5 minlik qızıl oğurladı

Qulluqçu evi qarət etdi – 25 gün işlədiyi evdən 5 minlik qızıl oğurladı
Eye

Paytaxtın Yasamal rayonunda evdən xeyli miqdarda oğurluq edilib.

Bakupost.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, vətəndaş polisə müraciət edərək 5000 manat dəyərində qızıl-zinət əşyası və 220 manat pulunun talandığını bildirib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 43 yaşlı S.Dadaşova müəyyən olunaraq saxlanıb.

Araşdırmalarla onun noyabrın 1-dən 25-dək olan müddətdə qulluqçu kimi çalışdığı evdən hissə-hissə qızıl-zinət əşyalarını oğurladığı müəyyən edilib.

Rayon ərazisində keçirilən digər tədbir zamanı isə zərərçəkənin cibindən 1882 manat talamaqda şübhəli bilinən 25 yaşlı S.Salmanzadə də polis tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar