Türkiyənin Qaziantep şəhərində din xadimi ilə bağlı böyük fırıldaq iddiası gündəmə gəlib.
“Bakupost” Türkiyə mediasına istinadən xəbər verir ki, Hacı Əhməd Ziylan Dini Ali İxtisas Təhsil Mərkəzində təlimçi və axund kimi çalışan Ömər F. O. qohumları tərəfindən aldadıldığını və borc içində olduğunu deyərək ətrafındakı insanlardan nağd pul, xarici valyuta və kredit kartı ilə ödənişlər tələb edib.
Aralarında öz tələbələrinin də olduğu təxminən 70 nəfərdən külli miqdarda pul topladığı bildirilir. Şikayətçilərin prokurorluğa təqdim etdiyi ərizədə ümumi zərərin 40-50 milyon lirə arasında olduğu qeyd edilib.
Zərərçəkənlər Ömər F. O-nun qumar borclarına batdığını iddia ediblər.
Lalə, BakuPost