"Komandanın bir yerdə məşqi olmadı. Çünki iki hissəyə bölünmüşdü: Milli komandaya gedən futbolçular, burda qalan futbolçular. Burdakı son oyunda istədiklərimizi etməyə maksimum çalışdıq".
Bakupost.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyaya yola düşməzdən əvvəl deyib.
O, ciddi bir rəqibə qarşı ciddi oyun nümayiş etdirəcəklərini bildirib:
"Heyətdə Nərmandan başqa, ciddi problemi olan yoxdur, furbolçular formalarını bərpa ediblər".
Qeyd edək ki, "Benfika" - "Qarabağ" matçı sentyabrın 16-da, Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.