Ru
13:48 / 25 May 2026

Qurbanlıq heyvanlar BAHALAŞDI - 300 manatdan...

Qurbanlıq heyvanlar BAHALAŞDI -  300 manatdan...
Eye

Ölkə üzrə qurbanlıq heyvanların qiymətində artım müşahidə olunur. Hazırda paytaxt bazarlarında və kəsim məntəqələrində ən ucuz qurbanlıq heyvanın qiyməti 300 manatdır.

Qiymətlər keçən illə müqayisə necə dəyişir?

Bakupost.az Milli.az-a istinadən xəbər verir ki, satıcılar qiymətin bahalaşması yemin qiyməti ilə əlaqələndirirlər:

"35 kiloya kimi heyvanlar kilosu 10 manatdan, 35 kilodan yuxarı olanlar 10 manata, 40-45 kilolar isə 9.50 manatdan hesablanır. Artıq behlər verilib, qurbanlıqlar müəyyən olunub. Satış yaxşıdır. Amma həm diri, həm də hazır ətlərin qiymətində artım var. Heyvanlar Cəlilabad, İmişli və adətən Beyləqandan gəlir".

Bölgələrdə də ətin qiyməti bahalaşıb. Satıcılar bunu mal bazarlarının qıt olması ilə əlaqələndiriblər.

Qeyd edək ki, mayın 27-28-si ölkəmizdə Qurban Bayramı qeyd olunacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar